Gürcüstanda 200-ə yaxın məhbus zəhərləndibackend

Gürcüstanda 200-ə yaxın məhbus zəhərləndi

Gürcüstanın Kutaisi şəhərindəki 2 saylı cəzaçəkmə müəssisəsində məhbusların kütləvi zəhərlənməsi baş verib.

KONKRET.az “Georgia Online” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti təsdiqləyib.

“Bu il avqustun 13-də 2 saylı cəzaçəkmə müəssisəsində məhkumların sağlamlıq şikayətləri enterovirus infeksiyasının əlamətlərinə uyğundur”, – deyə idarədən bildirilib.

Fəsadların qarşısını almaq üçün bəzi məhbuslar mülki klinikalara köçürülüb. Həkimlər onların vəziyyətini stabil və qənaətbəxş kimi qiymətləndiriblər. Məhkumlar müvafiq tibbi yardım göstərildikdən və araşdırmalar aparıldıqdan sonra həbsxanaya qaytarılacaq.

Vəkil Sofa Bondarenkonun sözlərinə görə, 200-ə qədər insan zəhərlənib. Həkimlər vəkillərə bildiriblər ki, xəstəliyin səbəbi bağırsaq infeksiyasıdır.

Vəkil Dali Sulakvelidze “Mtavari”yə müsahibəsində “Mən bildiyimə görə, buna qida səbəb olub” deyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*