Gürcüstanda azərbaycandilli məktəblər barədə qərar – Say azaldıldıbackend

Gürcüstanda azərbaycandilli məktəblər barədə qərar - Say azaldıldı

“Gürcüstanda azərbaycandilli məktəblərin sayı 116 idisə, artıq 115-ə endi (qarışıq məktəblər daxil). Bala Muğanlı məktəbində gürcüdilli bölmə açıldıqdan sonra tədricən Azərbaycan bölməsinə qəbul azalmaqla bərabər elə azərbaycandilli müəllimlərin də sayı azalmağa başladı”.

KONKRET.az xəbər verir ki, bunu Marneulidəki “Azərbaycan Evi”ndə fəaliyyət göstərən iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva sosial media hesabında yazıb:

“Məktəb illərdir bir çox fənlər üzrə Azərbaycan dilinə tərcümə edilmiş dərsliklərdən məhrumdur. 2019-cu ildən bu yana məktəbdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə mütəxəssis işləmir. Bir məktəbin azərbaycandilli statusunu ləğv etmək üçün ilk zərbəni haradan vurmağı gözəl düşünüblər. Ölkədə Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə yeni mütəxəssislər hazırlanmır (hətta fənn imtahanından 10 kredit toplayan gənclərin status almaları da mümkün deyil), mütəxəssis olmadığını bəhanə edərək ana dili üzrə dərs saatları azaldılır, digər bölmə açılır və “lazımı adamlar”ın yuva qurmasına şərait yaradılır. Digər məktəblərimizin eyni taleyi yaşaması şansı ilbəil artır”.

Aygün Mirakif,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*