Öldürülən 14 yaşlı azərbaycanlı qızın həyat yoldaşına qarşı ittiham ağırlaşdırıldıbackend

Öldürülən 14 yaşlı azərbaycanlı qızın həyat yoldaşına qarşı ittiham ağırlaşdırıldı

Saqareco bələdiyyəsinin Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarovanın qətlində təqsirli bilinən Alim Sadıqovun cəzası ağırlaşdırılaraq azyaşlıya qarşı cinsi təcavüz ittihamı irəli sürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə  Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Cinayəti törədən şəxs Cinayət Məcəlləsinin 109-cu maddəsinin “E”, “T” və “K” bəndləri ilə (yetkinlik yaşına çatmayan ailə üzvünə qarşı qəsdən adam öldürmə), 143-cü maddənin 3-cü hissəsinin “D” bəndi ilə (yetkinlik yaşına çatmayan şəxsi əvvəlcədən məlumat verilməklə azadlıqdan məhrum etmə), 137-ci maddənin 3-cü hissəsinin “E” yarımbəndi və 4-cü maddənin “C” yarımbəndi (azyaşlıya qarşı cinsi təcavüz, sui-istifadə etməklə) və 336- cı maddənin 4- cü bəndi ilə (qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlama) maddələrində ittiham olunur.

Cinayət 16 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

İttiham tərəfi cinayət işini əsaslı şəkildə baxılması üçün Telavi Rayon Məhkəməsinə göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*