Gürcüstanda qatar aşdı- Bir Azərbaycan vətəndaşı öldü, üçü yaralandıbackend

Gürcüstanda qatar aşdı - Bir Azərbaycan vətəndaşı öldü, üçü yaralandı

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstanın Tsalka rayonundan keçən seksiyasında texniki xidmət qatarı relsdən çıxaraq aşıb.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, ötən gün baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxsin və xəsarət alanların Azərbaycan vətəndaşları olduğu bildirilir.

Dəmir yolu xəttinin sözügedən seksiyasında tikinti işlərinin Azərbaycan Dəmir Yolları şirkəti tərəfindən aparıldığı bildirilib.

Faktla əlaqədar cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*