Gürcüstanın iqtisadiyyat naziri istefa verdi – Yerinə o təyin olundubackend

Gürcüstanın iqtisadiyyat naziri istefa verdi - Yerinə o təyin olundu

Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili istefa verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” Baş nazir İrakli Kobaxidzeyə istinadən məlumat yayıb.

Kobaxidze bildirib ki, Mariam Kvrivişvili Gürcüstanın yeni iqtisadiyyat naziri təyin edilib. Onun sələfi Levan Davitaşvili isə Kobaxidzenin iqtisadi məsələlər üzrə baş müşaviri və ölkənin iqtisadi şurasının katibi vəzifəsini tutacaq.

Kvrivişvili təyinatdan əvvəl iqtisadiyyat nazirinin müavini vəzifəsini tutub.

Baş nazirin sözlərinə görə, dəyişikliklər Gürcüstan hökumətinin iqtisadi şurasının rolunu gücləndirmək qərarı ilə bağlıdır.

Fotoda: Mariam Kvrivişvili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*