Hacıqabulda narkotik alverçisi saxlanıldıbackend

Hacıqabulda narkotik alverçisi saxlanıldı

Hacıqabulda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Rəşad Cəfərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan psixotrop maddə – metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*