Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilirbackend

Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir

Məlumat verildiyi kimi, intensiv yağışlarla əlaqədar Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.

Bu barədə KONKRET.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazirliyin Muğan Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Hazırda əməliyyat davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*