Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə səfir X-də yazıb.
Məlumata görə, görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilib.
“Ukraynaya davamlı dəstəyə və həmrəyliyə görə Azərbaycana minnətdaram”,- deyə Y.Qusev vurğulayıb.