Hakan Fidan Moskvada Vladimir Putinlə görüşdübackend

Hakan Fidan Moskvada Vladimir Putinlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə bir araya gəlib.

KONKRET.az xəbər verir ki, görüş zamanı hansı mövzuların müzakirə olunduğu barədə rəsmi açıqlama verilməyib. Lakin regional təhlükəsizlik, Ukrayna müharibəsi və ikitərəfli münasibətlər kimi mühüm məsələlərin diqqət mərkəzində olduğu ehtimal olunur.

Qeyd edək ki, Hakan Fidan Moskva səfəri çərçivəsində Rusiya rəsmiləri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*