Hakan Fidandan ÖNƏMLİ AÇIQLAMA: “Ukraynadakı müharibə dönüş nöqtəsinə yaxınlaşır”backend

Hakan Fidandan ÖNƏMLİ AÇIQLAMA: "Ukraynadakı müharibə dönüş nöqtəsinə yaxınlaşır"

 – Türkiyənin XİN rəhbəri

KONKRET.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynada gedən müharibənin dönüş nöqtəsinə yaxınlaşdığını bildirib.

Nazir qeyd edib ki, İstanbulda keçirilən danışıqlar diplomatik həll yollarına yeni ölçü qazandırıb və bu prosesin davam etdirilməsi sülh üçün real imkanlar yaradır.

“Ümid edirik ki, növbəti mərhələdə əhəmiyyətli irəliləyişə nail olmaq mümkün olacaq və bu, uzunmüddətli atəşkəs barədə danışmağa şərait yaradacaq”, – deyə Fidan vurğulayıb.

Qeyd edək ki, Türkiyə tərəfi bu danışıqların təşkilində aktiv rol oynayıb və prosesin davamlı şəkildə inkişaf etməsinə dəstək verir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*