Hakan Fidandan qorxunc proqnoz: “Nüvə müharibəsi riski var”backend

Hakan Fidandan qorxunc proqnoz: "Nüvə müharibəsi riski var"

“Dünyada nüvə müharibəsi riski var”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir Rusiya-Ukrayna müharibəsinin qorxunc fəsadlarının ola biləcəyini istisna etməyib:

“Avropanın mərkəzində davam edən Rusiya – Ukrayna müharibəsi daha təhlükəli hal ala bilər. Dünyada nüvə müharibəsi riski var. Müharibənin gətirdiyi fəsadları proqnazləşdırmaq elə də çətin deyil. Qarşıdurmanın dayandırılmasını tələb etmək şərtdir. Mümkün zərərlərin qarşısı qabaqcadan alınmalıdır”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*