Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Moskvadakı səfirini dəyişib.
KONKRET.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Türkiyənin Moskvadakı yeni səfiri təyin olunub.
Məlumata görə, xarici işlər naziri Hakan Fidan Bilgiçə yeni vəzifəsində uğur arzulayıb.
Qeyd edək ki, indiyə kimi Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar idi.