Hakerlər SEPAH-ın təbliğatçısının intim videosunu yayıblar.
KONKRET.az xəbər verir ki, İranın “Black Reward” haker qrupu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ruporu olan farsnews.ir xəbər agentliyini sındırıb. Hakerlər SEPAH-ın ruporu olan farsnews.ir xəbər agentliyini sındırıblar.
Onlar 250 terabayt məlumatı, o cümlədən agentliyin mövcud olduğu illər ərzində redaksiya ilə İranın ali lideri Əli Xameneinin ofisi arasında yazışmaları yükləyiblər.
Bundan əlavə, onlar agentliyin redaktorlarından birinin Twitter hesabını da sındırıblar. Redaksiyadakı müşahidə kameralarından bir video yayımlayıblar.
Videoda nəşrin redaktorunun masturbasiya ilə məşğul olduğu görüntülər əks olunub.
Xuraman Etibarlı,
KONKRET.az