“Dünən Moskvada keçirilmiş Ermənistan, Azərbaycan və Rusiya başçılarının üçtərəfli görüşünün yekunlarına dair bəyanat açıqlandıqdan sonra Ermənistan rəhbərliyi böyük həvəslə bütün mümkün kanallarla Ermənistanı İran və Rusiya ilə birləşdirən dəmir yolunun açılması barədə məlumat yaymağa başlayıb”.
KONKRET.az xəbər verir ki, bu fikirləri “Maariflənmiş Ermənistan” Partiyasının sədri Edmon Marukyan Baş nazir Paşinyanın Moskva görüşlərinin nəticələrini dəyərləndirərkən səsləndirib.
“Təəssüf ki, bu münaqişə həll olunmamış qalır. Əlbəttə ki, atəşkəsə nail ola bildik, amma həlli lazım olan bir çox məsələ var. Bunlardan biri Dağlıq Qarabağın statusu məsələsidir. Ermənistan danışıqları ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində davam etdirməyə hazırdır, xüsusən , bölgənin statusunun müəyyənləşdirilməsi məsələsində. Ermənistanla Azərbaycan arasında hərbi əsirlərin mübadiləsi məsələsi tam həll olunmadı. Bu, çox həssas bir məsələdir və qısa müddətdə həll etməliyik. Bütün bunlardan sonra hakimiyyətin nəyə sevindiyini başa düşmürəm?”, -deyə Marukyan fikrini tamamlayıb.
KONKRET.az