“Mən Gümrü meri vəzifəsinə bütün namizədlərin imkanlarını bərabər qiymətləndirirəm. Onların hər birinin namizədliyinin irəli sürülməsinə normal münasibət bəsləyirəm”.
KONKRET.az xəbər verir ki, bunu Gümrü merliyinə namizəd Martun Qriqoryan deyib.
O, hakimiyyətlə əməkdaşlığı istisna etdiyini vurğulayıb.
“Bu və ya digər şəxsin niyə namizədliyini irəli sürdüyünü müzakirəyə çıxarmaq düzgün deyil. Hər bir insanın öz addımını atmaq hüququ var. Gözləyib görməliyik. Təhlil etmək isə nankorluqdur. Yekun nəticə Gümrü sakinlərinin seçimindən asılı olacaq”, – deyə Martun Qriqoryan bildirib.
Digər namizədlərlə münasibətə gəlincə, Qriqoryan hakimiyyətlə əməkdaşlığı istisna edib.
“Qalan namizədlərə gəlincə, indidən danışmaq tezdir. Çünki kimin, hansı proqramla namizəd olacağını hələ bilmirik. Mən koalisiyaların tərəfdarı deyiləm, hər bir namizədin öz yolu var. Amma əməkdaşlıq baxımından problem görmürəm, müxtəlif variantlar var”.
Müşviq Tofiqoğlu
KONKRET.az