Müğənni Mətanət Əsədova gizli ailə həyatı qurduğunu etiraf edib.
KONKRET.az xəbər verir ki, bu haqda sənətçi “Bir gün” verilişində deyib.
O, bildirib ki, həyat yoldaşı tanınmış insandır:
“Məni daşıyacaq bir kişidir. Sevgidə qürur yoxdur. Onun bütün xüsusiyyətlərini sevirəm. Onda səhv tuta bilmərəm. Həyat yoldaşım tanınmış biridir. Müəyyən dərəcədə tanınır”.