“Hamısını məhkəməyə verəcəyəm” – Məhərrəm İncəbackend

"Hamısını məhkəməyə verəcəyəm" – Məhərrəm İncə

Türkiyədə seçkiyə 3 gün qalmış prezidentliyə namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncə Ankarada səs verib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, məntəqədə ona qarşı təşkil edilən qara propaqandadan danışan İncə: “Xəbərləri səhv verirsiniz. Ortada bir terror təşkilatı var. Bir pornoqrafiya saytından götürülmüş görüntülərə montajla başımı yapışdırıblar. Amma köhnə dostlarım da daxil olmaqla bunu yayanların hamısını məhkəməyə verəcəyəm”, – deyə açıqlama verib.

Qeyd edək ki, Məmləkət Partiyasının sədri Məhərrəm İncə mayın 11-də partiyasının qərargahında verdiyi açıqlamada namizədliyini geri götürdüyünü açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*