Haniyə belə öldürülüb – Detallar açıqlandıbackend

Haniyə belə öldürülüb - Detallar açıqlandı

İsrailin Haniyəni öldürmək qərarı oktyabrın 7-dən az sonra, HƏMAS lideri yüksək rütbəli kəşfiyyat rəsmiləri tərəfindən tərtib edilən siyahının başında göründüyü zaman verilib. Yeganə sual bunun nə vaxt baş verəcəyi idi.

KONKRET.az xəbər verir ki, “Times of Israel” yazır ki, Haniyə Qətərdə yaşayırdı, lakin onun orada öldürülməsi Dohanın müharibə başlayandan bəri vasitəçilik etdiyi girovlarla bağlı danışıqları pozmaq təhlükəsi yaradıb.

Buna görə də Haniyəni öldürmək üçün mümkün yerlər kimi Türkiyə, Rusiya və İran seçilib. Çünki Həmas siyasi büro lideri tez-tez bu 3 ölkəni ziyarət edirmiş.

Telekanal xəbər verir ki, İsrail Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şiddətli reaksiyasından çəkinib və eyni şəkildə Rusiya prezidenti Vladimir Putini qəzəbləndirmək istəməyib. İran ən uyğun variant olaraq baxılıb.

Haniyənin Tehranın şimalındakı dəbdəbəli Səadət Abad məhəlləsində bir neçə dəfə eyni SEPAH mehmanxanasında qalması əməliyyatın planlaşdırılmasını asanlaşdırıb.

Planlaşdırılan partlayışdan az əvvəl Haniyənin otağında kondisioner sıradan çıxıb və HƏMAS siyasi bürosunun lideri kömək istəmək üçün otağını tərk edib. Haniyə uzun müddət ortalıqda olmayıb. İsraillilər Haniyənin başqa binaya köçürüləcəyindən narahat olmağa başlayıblar. Çünki bu, bütün əməliyyatın pozulması ola bilərdi. Lakin bir müddət sonra kondisioner təmir olunub və Haniyə öz otağına qayıdıb. Yerli vaxtla səhər saat 01:30 radələrində əldəqayırma partlayıcı işə düşüb, Haniyənin qonaq otağının xarici divarını deşib və bütün SEPAH binasını silkələyib.

Bir neçə saniyədən sonra İran İnqilabı Keşikçiləri Korpusunun təcili yardım komandası Haniyənin otağına gəlib. Qısa müddət sonra onun ölümü elan edilib. Haniyənin müavini Xəlil əl-Həyya Siyasi Büro liderinin qanlı cəsədini gördükdən sonra göz yaşları içində diz çöküb.
Kanala danışan analitiklər bildiriblər ki, əməliyyatı İsrail agentləri həyata keçirmək çox çətin olub. Ona görə də bu prosesə İran vətəndaşları, İİKK üzvləri və ya HƏMAS rəsmiləri cəlb edilib. Hər üç variant şübhəsiz Həmas və İran hakimiyyəti tərəfindən nəzərdən keçirilib.
Daha əvvəl Haniyənin oğlu Əbdül Salam atasının partlayıcı qurğu ilə öldürüldüyünü təkzib edib. Mobil telefonu izləndikdən sonra atasının raket hücumuna məruz qaldığı məlum olub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*