2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika fənnləri üzrə müəllimlər sertifikasiyaya cəlb olunacaqlar.
KONKRET.az trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil Emin Əmrullayev bu günjurnalistlər üçün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, 2026-cı ildə isə tarix, musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə üzrə fənn müəllimləri sertifikasiyaya cəlb olunacaqlar.
“2027-ci ildə bütün fənlər üzrə müəllimlərin sertifikatlaşdırılması planlaşdırılır”, – deyə nazir əlavə edib.