“Azərbaycanda tikinti işləri aparmaq üçün adətən aidiyyəti üzrə icra hakimiyyəti orqanının razılığı tələb olunur. Lakin Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən, bəzi tikinti obyektlərinin inşası üçün icazə alınmasına ehtiyac yoxdur”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə səsləndirib:
Turan Abdullazadə
“Qanunvericiliyə görə, aşağıda göstərilən tikililər icazə tələb olunmayan obyektlər sırasına daxildir:
•Hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetrədək olan birmərtəbəli yardımçı tikililər;
•Həcmi 60 kubmetrə qədər, dərinliyi 5 metrdən çox olmayan quyular və su anbarları;
•Həcmi 200 kubmetrə qədər olan süni hovuzlar;
•Hündürlüyü 2 metr 20 santimetrədək olan hasarlar;
•Açıq idman və oyun meydançaları;
•Açıq avtomobil dayanacaqları;
•Tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililər;
•Həyətyanı sahələrdə hündürlüyü 3 metrə, sahəsi isə 100 kvadratmetrə qədər olan yardımçı tikililər;
•Hündürlüyü 3 metrə, sahəsi isə 300 kvadratmetrə qədər olan istixanalar və örtülü şitilliklər”.
Hüquqşünas vurğulayır ki, bu tikililərin inşası zamanı texniki təhlükəsizlik və mülkiyyət hüquqları kimi digər qanunvericilik tələblərinə riayət olunması isə zəruri sayılır”.
Aynurə İsmayıl
KONKRET.az