Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə ərazisində parklanma yerləri yaradılıb və zonalar üzrə tariflər müəyyənləşdirilib. Ödənişlərin sistemliliyini və rahatlığını təmin etmək məqsədilə “Azparking” sistemi də artıq istifadə üçün hazırdır.
Hazırda yeni sistemlə bağlı vətəndaşları maraqlandıran əsas sual isə bu parklanma yerlərinin yaxınlığında yaşayan sakinlərin, həmçinin, fəaliyyət göstərən müəssisə işçilərinin parkinqə görə ödəniş edib-etməməsi ilə əlaqədardır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ”Yol hərəkəti haqqında” qanunun 53-cü maddəsində bu məqamla bağlı müddəa var. “O bəndə əsasən deyə bilərik ki, ödənişli parklanmaların təşkil olduğu məkanın yaxınlığında yaşayanlara güzəştlər mümkündür. Təbii ki, o şəxslər həmin ərazidə rəsmi qeydiyyatda olmalıdır. Üstəlik, onların avtomobilə sahiblik hüquqlarının olması da vacibdir. Beləliklə də həmin sürücülərə fərqlənmə talonu təqdim edilməlidir. Və nəticə etibarilə onlar heç bir ödəniş etmədən parkinq xidmətindən faydalana bilərlər”.
Ərşad Hüseynov yeni yaradılan “Azparking” sisteminin əhəmiyyətindən də söz açıb. Hüquqşünas ölkəmizdə illərdir ödənişli parklanmanın faktiki mövcudluğuna diqqət çəkib: “Bir çox hallarda naməlum şəxslər tərəfindən parkinqlərdə insanlardan pul alınırdı. Eyni zamanda, parklanma ərazisinə ciddi nəzarət edilmirdi. Konkret desək, bu sahə tamamən xaos içində idi”.
Ekspertin fikrincə, parklanmaların lazımi şəkildə təşkil olunaraq idarə edilməsi yol nəqliyyatı infrastrukturunda və mobilliyin təmin olunmasında çox vacib elementlərdən biridir. “Növbəti mərhələlərdə ictimai nəqliyyat da inkişaf etdirilsə, bu kimi üsullarla sıxlığın azalması və küçələrdə mobilliyin yaxşılaşdırılması mümkün ola bilər”, – deyə Ərşad Hüseynov qeyd edib.
Bünyamin Bünyadzadə
KONKRET.az
Çox adam bilmir nece istifade etmek lazim.
Tez tex xeberlerde nümunə görsedilməlidi. Ərazilərda tez tez adam durmali, volontyor, ve başa salmali.
salam. men nece azparkigden pulsuz istifade ede bilerem, kime muraciet edib melumat almaq olar. men ceyhun selimov 7 unvaninda qeydiyyatdayam mashin da oz adimadir.