Hava Limanının keçmiş rəhbəri həbs olundu – FOTObackend

Hava Limanının keçmiş rəhbəri həbs olundu - FOTO

“Tacik Air”-in keçmiş baş direktoru və Düşənbə Beynəlxalq Hava Limanının keçmiş rəhbəri Rüstəm Xolikov Düşənbədə saxlanılıb”.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Tacikistanın Baş Prokurorluğu mayın 26-da Xolikovun həbsi barədə qərar qəbul edib.

Məlumata görə, Xolikov vəsaitlərin mənimsənilməsi, sənədlərin saxtalaşdırılması və dələduzluqda ittiham olunur.

“Məhkəmə Xolikova məxsus pul və əmlaka həbs qoyub. Xolikov ittiham olunduğu cinayətləri “Tacik Air”-in baş direktoru olarkən törədib”, – deyə mənbələrdən biri bildirib.

Hakimiyyət Xolikovun saxlanmasına münasibət bildirməyib. Hələlik saxlanılan şəxsin özünün, eləcə də vəkilinin fikrini öyrənmək mümkün deyil. Cinayət işinin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, Xolikov 2008-2016-cı illərdə “Tacik Air”-ə rəhbərlik edib. Xüsusilə, o, Litvanın “Skyroad Leasing” şirkəti ilə təyyarələrdən istifadəyə dair müqavilə imzalayıb, lakin Tacikistan aviaşirkətinin rəhbərləri öhdəliklərini yerinə yetirmədiyinə görə “Tacik Air” litvalılara 20 milyon dollar ödəməli olub.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*