Hava şəraiti ilə bağlı Bakıda məktəblər bağlanıb? – AÇIQLAMAbackend

Hava şəraiti ilə bağlı Bakıda məktəblər bağlanıb? - AÇIQLAMA

Paytaxtdakı ümumtəhsil müəssisələrində dərslər normal şəkildə davam edir.

KONKRET.az xəbər verir ki, bu sözləri  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib.

B.Məmmədov dərsə davamiyyətin çox aşağı olması barədə yayılan məlumatı da təkzib edib:

“Davamiyyət qənaətbəxşdir. Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*