Hayk Xalatyan: “Birlik Dövlət ideyası təsadüfən ortaya atılmayıb”backend

Hayk Xalatyan: "Birlik Dövlət ideyası təsadüfən ortaya atılmayıb"

“Bəzi siyasətçilər Birlik Dövləti ideyasını həyata keçirməyə çalışırlar, çünki cəmiyyətdə həm hərbi, həm də iqtisadi sahədə Rusiya ilə daha yaxın müttəfiq münasibətlərinə ehtiyac olduğunu başa düşürlər. Avropa tərəfdarı qüvvələrin də Rusiya Federasiyası ilə daha yaxından əməkdaşlıq etməsini və hətta Ermənistanda ikinci hərbi baza açmağı təklif etməsini nəzərə alaraq “toydan qabaq” oynamaq istəyirlər. Ancaq məsələ Rusiyanın özünün bunu nə qədər istəməsidir”.

KONKRET.az xəbər veriri bu fikirləri erməni mətbuatına açıqlamasında siyasi analitik Hayk Xalatyan söyləyib. O əlavə edib ki, “Müharibə zamanı Rusiyanın mövqeyindən cəmiyyətdə müəyyən bir məyusluq var. Xüsusilə Türkiyənin Azərbaycan tərəfindən müharibədə praktik olaraq açıq şəkildə iştirak etdiyini nəzərə alsaq, Moskvanın daha fəal dəstək verəcəyi gözlənilirdi. Digər tərəfdən, müharibə İrəvanın Moskva ilə ittifaqa praktik olaraq alternativi olmadığını açıq şəkildə nümayiş etdirdi. Ona görə də Birlik Dövlət ideyası təsadüfdən ortaya atılmayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*