“Döyüş əməliyyatlarının hazırkı mərhələsində İsrailin ABŞ və NATO ölkələrindən hərbi yardıma ehtiyacı yoxdur. Lakin münaqişə uzanarsa və coğrafiyası genişlənərsə, belə dəstəyə ehtiyac ola bilər”.
KONKRET.az xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.
Bildirilib ki, qarşıdurmanın hazırkı mərhələsində İsrail Müdafiə Qüvvələri hərbi qələbəyə nail olmaq üçün bütün lazımi qüvvələrə və vasitələrə malikdir.
Mənbənin sözlərinə görə, dəstəyə ehtiyac yaranarsa, o, alyans səviyyəsində deyil, ayrı-ayrı NATO-ya üzv dövlətlər səviyyəsində ediləcək.
Burhan,
KONKRET.az