Həbsdə olan Qalstanyandan deputata qarşı SƏRT ADDIMbackend

Həbsdə olan Qalstanyandan deputata qarşı SƏRT ADDIM

Həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasından olan deputat Vagarşak Akopyana qarşı məhkəmə iddiası qaldırıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın məhkəmə məlumat portalı datalex.am-da yer alıb.

Qalstanyan deputatdan böhtan və təhqirə görə 3 milyon dram (təxminən 7,5 min ABŞ dolları) məbləğində təzminat tələb edir.

Qeyd edək ki, bundan əvvəl Qalstanyanın hüquqşünasları Ermənistanın səhiyyə naziri Anait Avanesyan, baş nazirin aparat rəhbəri Araik Arutyunyan, ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, İctimai Televiziyanın aparıcısı Petros Kazaryan, eləcə də “Vətəndaş sazişi” fraksiyasından olan deputatlar Asmik Akopyan, Vaaan Aleksanyan və daha beş ictimai-siyasi fiqura qarşı da təhqir və böhtan ittihamı ilə məhkəmə iddiaları qaldırıblar.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*