Həbsdə olan Rəşad Dağlının Namiq Qaraçuxurlu ilə fotosu yenidən GÜNDƏMDƏbackend

Həbsdə olan Rəşad Dağlının Namiq Qaraçuxurlu ilə fotosu yenidən GÜNDƏMDƏ

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının həmkarı Namiq Qaraçuxurlu ilə fotosu yenidən gündəmə gəlib. 

KONKRET.az xəbər verir ki, fotonu meyxanaçı Namiq Qaraçuxurlu qətl törədən həmkarı Rəşad Dağlı ilə bağlı o tutulduğu zaman paylaşım etmişdi.

Həmin paylaşımda deyilirdi: “İnşallah, tezliklə azadlığa çıxasan. Ailənin, bütün sevənlərinin yanında olasan. Dualarımız səninlədir, Rəşad”.

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) 2022-ci il noyabrın 9-da qonşusu İskəndər Mehtiyevi Lökbatan dairəsi yaxınlığında qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Dağlı 9 il azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*