KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, ötən ay sosial media fenomenlərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılan Barankoğlu həbsdə olmasına baxmayaraq, milyonlarla gəlir əldə etməyə davam edir.
Əməliyyatdan sonra izləyici və abunəçi sayında azalma müşahidə olunsa da, onun hələ də təxminən 40 min abunəçisi var. Həbs olunmazdan əvvəl aylıq təxminən 5 milyon TL qazandığı deyilən sosial media fenomeninin gəliri izləyici sayının azalması ilə bir qədər düşsə də, yenə də yüksək səviyyədə qalır. Hazırda onun abunə sistemindən aylıq təxminən 1,3 milyon TL (71 min 500 manat) qazandığı iddia olunur.
Qeyd edək ki, sosial media fenomenlərinə qarşı narkotik ittihamı ilə bağlı istintaq çərçivəsində fevral ayında yeni əməliyyat həyata keçirilib. Simge Barankoğlu həmin əməliyyat çərçivəsində saxlanılıb.



