Həbsxanada vəfat edən sabiq deputatın qardaşı məhkəməyə verildi – TƏFƏRRÜATbackend

Həbsxanada vəfat edən sabiq deputatın qardaşı məhkəməyə verildi – TƏFƏRRÜAT

Dövlət Neft Şirkətinin (SOCAR) “Dərhal” Mənzil Tikinti Kooperativinə (MTK) qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı Ali Məhkəmədə iclas keçirilib.

KONKRET.az xəbər verir ki, məhkəmə iclası 26.11.2021-ci il tarixində Ali Məhkəmədə hakim Bəhram Məmmədlinin sədrliyi ilə keçirilib.

Məhkəmə iddiasının torpaq sahəsinin boşaldılmasına görə qaldırıldığı bildirilir.

Qeyd edək ki, hüquqi ünvanı “Binqədi rayonu, Şövkət Məmmədova, ev 71A”-da yerləşən “Dərhal” MTK 09.12.2004-cü il tarixidə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 200 manat olan MTK-nin rəhbəri Cəbrayılov Elşən Kamil oğludur.

Məlumat üçün bildirək ki, Cəbrayılov Elşən Kamil Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə həbs olunan və 2 ay əvvəl həbsxanada vəfat edən sabiq millət vəkili Rəfael Cəbrayılovun qardaşıdır./Yeniavaz.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*