Parisdə yaşayan meteoroloq Rocer Tibervil 91 yaşında dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, soyadını götürdüyü məmləkəti Tibervili bir dəfə də olsun ziyarət etməyən Rocer Tibervil öz mirasını öz şəhərinə bağşılayıb
Tibervil şəhərinin meri Qay Parisə telefon zəngi gəlib və məlum olub ki, adam 10 milyon avroluq sərvətinin böyük hissəsini şəhərə qoyub.
1773 əhalisi olan şəhərin meri camaatın və məmurların bundan razı qaldığını, eləcə də təəccübləndiyini, bələdiyyənin illik büdcəsindən 5 dəfə çox olan bu pulu necə xərcləməyi düşündüklərini bildirib.
Qeyd edək ki, Rocer Tibervil Parisdə sadə həyat tərzi sürüb.
Günel Mikayılova,
KONKRET.az