Hədə-qorxu ilə 1000 manat alan şəxs saxlanıldıbackend

Hədə-qorxu ilə 1000 manat alan şəxs saxlanıldı

Bakı şəhər sakini olan bir nəfərə hədə-qorxu gələn şəxsin ondan 1000 manat alması, sonradan yenə də pul tələb etməsi barədə polisə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əlişan Yediyarov saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*