İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Kərimov Teymur polis əməkdaşları tərəfindən saxlanılıb.
KONKRET.az xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Kərimov Teymur barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başladılıb. İstintaq hərəkətləri aparılır.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.
***
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.