“Tam ciddi deyirəm, məni 8 Mart bayramı münasibəti ilə mesajla, şablon video və şəkillərlə təbrik etməyin. O boş mənasız şəkilləri telefonumdan silməyə dəyərli vaxtımı sərf edirəm”.
KONKRET.az xəbər verir ki, bunu sosial media hesabında Nura Suri yazıb.
“Heç olmasa, instaqramda şəklimin altına şərh yazın, səhifənin aktivliyi qalxsın Bir xeyriniz gəlsin. Təbrik etmək üçün hədiyyə almağa gücünüz yoxdursa, xahiş edirəm, heç təbrik etməsəz, (mesaj, video, şəkil) daha sanballı, hörmətli olarsınız. Sağ olun!” – müğənni əlavə edib.