UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb
KONKRET.az xəbər verir ki, bu, Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Seru Qirassidir.
28 yaşlı qvineyalı oyunçu “Sportinq”lə (Portuqaliya) keçirilən ilk pley-off matçında (3:0) 1 qol, 1 assistlə yadda qalıb.
O, səsvermədə Vinisius Junior (“Real”, İspaniya), Vanqelis Pavlidis (“Benfika”, Portuqaliya) və İqor Payşanı (“Feyenoord”, Niderland) qabaqlayıb.//Globalinfo