Həkim “həyəcan təbili çaldı” – “Yeni pandemiyanın başlaması mümkündür, koronavirus isə…”backend

Həkim "həyəcan təbili çaldı" - "Yeni pandemiyanın başlaması mümkündür, koronavirus isə..."

“Koronavirus hələ də davam edir. Pandemiya rəsmi olaraq sona çatsa da, bəzi bölgələrdə epidemiya ocaqları mövcuddur. Keçən yay və payız aylarında Avropanın bir çox ölkəsində virus geniş şəkildə yayılmışdı. Bu günə qədər də ölkəmizdə yoluxma və hətta ölüm hallarının davam etdiyini görürük. Yəni, koronavirus tamamilə yox olmayıb və proses hələ lokallaşmayıb”.

Bu fikiləri KONKRET.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla səsləndirib.

Adil Qeybulla istefa verdi Pravda.az

“Təəssüf ki, bu vəziyyətin yaranmasında insanların münasibəti də az rol oynamayıb. Bir çox insanın vaksinasiya ilə bağlı yanlış təsəvvürləri, saxta sənədlərin əldə olunması və tibbi tövsiyələrə əməl edilməməsi virusun yayılmasına şərait yaradıb. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı da bu prosesdə effektiv moderator rolunu tam yerinə yetirə bilməyib.Bütün bunlarla yanaşı, dövlətlərarası münasibətlərin zəifliyi və qlobal səhiyyə sisteminin, o cümlədən epidemioloji infrastrukturun düzgün qurulmaması vəziyyətin bu həddə çatmasında mühüm rol oynayıb”.

Həkim-infeksionist İlhamə Abbaszadə isə saytımıza açıqlamasında qeyd edib ki, hazırda koronavirusun mövcud forması əvvəlki qədər təhlükəli deyil.

“Gələcəkdə heyvanlardan insana keçə biləcək yeni virus və ya bakteriyaların meydana çıxma ehtimalı istisna olunmur. Belə hallarda yeni bir pandemiyanın başlaması mümkündür. Həmçinin, dəri xəstəlikləri də daxil olmaqla fərqli mənşəli yeni yoluxucu xəstəliklərin yaranma riski hələ də qalır”.

İnfeksionistin sözlərinə görə, immun sistemləri güclənib, vaksinasiya səviyyəsi yüksəkdir və xəstəliyin klinik gedişi daha yüngül müşahidə olunur. Bu səbəbdən COVID-19-un yenidən genişmiqyaslı bir sağlamlıq böhranına çevrilməsi gözlənilmir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*