Həkimdən VACİB TÖVSİYƏ: Bunu etsəniz gec qocalacaqsınızbackend

Həkimdən VACİB TÖVSİYƏ: Bunu etsəniz gec qocalacaqsınız

“Emal olunmuş qidaları, şirniyyatları, həmçinin ət və ət məhsullarını davamlı şəkildə istehlak etdikdə bədənimizin turşu-qələvi tarazlığını poza bilərik. Bu zaman bədənin qələvi mühiti azalır, turşuluğu isə artır. Nəticədə, həm daxili orqanlarımızın fəaliyyəti zəifləyir, həm də dərimizin keyfiyyəti tədricən aşağı düşür. Ümumilikdə, bədənin funksional keyfiyyəti azalır”.

Bu fikirləri dietoloq Məhəmməd Abdullayev KONKRET.az-a açıqlamasında səsləndirib.

“Lakin bu vəziyyəti yaxşılaşdırmaq mümkündür. Ən önəmli addımlardan biri fiziki aktivliyə diqqət yetirməkdir. Müntəzəm fiziki fəaliyyət əzələlərimizi tonusda saxlayır, metabolizmi sürətləndirir və nəticədə həyat enerjimiz artır.

Yuxu rejiminə ciddi şəkildə əməl etmək də vacibdir. Bədənin su balansını qorumaq, kifayət qədər maye qəbul etmək sağlamlığımız üçün əsas şərtlərdəndir.

Qidalanmada isə balans çox önəmlidir. Tərəvəz və meyvələrlə zəngin olan bir qidalanma tərzi tövsiyə olunur. Bu qidalar orqanizmə lazım olan vitamin və minerallarla təmin edir. Meyvə və tərəvəzlərin tərkibində olan antioksidantlar bədəndəki toksinləri xaric etməyə köməklik göstərir”.

Dietoloq qeyd edir ki, zülalların qəbulu isə fərdin çəkisinə uyğun hesablanmalıdır.

“Bütün bu prinsiplərə əməl etsək, erkən qocalmanın qarşısını almaq mümkündür. Əks halda, zərərli qidalar bədənin ümumi funksional səviyyəsini aşağı salır və qocalma prosesini sürətləndirə bilər.

Omega-3 yağ turşuları isə bədəndəki iltihab proseslərini azaldaraq turş mühiti neytrallaşdırır və qələvi balansı gücləndirir. Tərəvəzlərin tərkibindəki lif və su bağırsaq fəaliyyətini yaxşılaşdırır, həm də toksinlərin orqanizmdən atılmasına yardımçı olur.

Qocalma təbii və qaçılmaz bioloji prosesdir. Lakin düzgün həyat tərzi ilə bu prosesi yavaşlatmaq və sağlam yaşlanmaq mümkündür”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*