Bakıda özəl tibb müəssisələrində həkimlərin çantaları oğurlanıb.
DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, Nəsimi rayonunda özəl tibb müəssisələrindən oğurluqlar edən əvvəllər məhkum olunmuş Elnur Fərzəliyev saxlanılıb. Araşdırma zamanı onun klinikalarda çalışan həkimlərin içərisində pul, qızıl-zinət əşyaları, mobil telefonlar, bank kartları və digər aksesuarlar olan çantalarını oğurladığı sübuta yetirilib. E.Fərzəliyevin zərərçəkənlərə 2 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.