Hələb qalası zəlzələ nəticəsində DAĞILDIbackend

Hələb qalası zəlzələ nəticəsində DAĞILDI

Suriyanın Hələb şəhərində dəyərli memarlıq abidələrindən olan Hələb qalası zəlzələ nəticəsində dağılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Suriyanın Muzeylər Departamentinin baş direktoru Hammam Saad bildirib.

“Biz Hələb qalasında çatla bağlı xəbərlər almışıq. Əraziyə baxış keçirmək və dəymiş ziyanı qiymətləndirmək üçün mütəxəssislər qrupu göndərmişik”, – o deyib.

Qeyd edək ki, qala Suriyanın şimalında Hələb şəhərinin mərkəzində yerləşir. Tarixi abidənin ən qədim istehkamları 944-957-ci illərdə tikilib. 1986-cı ildə Hələb qalası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Xatırladaq ki, Türkiyənin Qaziantep vilayətində də tarixi qala dağılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*