Dağıstanda qəzaya uğrayan Ka-226 helikopterinin sağ qalan pilotu həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, helikopterin pilotu ehtiyatsızlıqdan 2 və ya daha çox şəxsin ölümünə səbəb olan hadisədə təhlükəsizlik qaydalarını pozmaqda təqsirli bilinib.
Məlumata görə, pilotu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Müstəntiqin vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçib.
Xatırladaq ki, helikopter qəzası noyabrın 7-də günorta saatlarında Açi-su yaşayış məntəqəsi yaxınlığında baş verib. Helikopter sərt eniş edib və zərbə zamanı partlayıb. Hadisə zamanı 5 nəfər ölüb.
