“Həm Bayden, həm də Tramp debat zamanı səhvlərə yol verdi”backend

"Həm Bayden, həm də Tramp debat zamanı səhvlərə yol verdi"

“ABŞ prezidenti Co Bayden Trampla debatına 15 min iş yeri açdığını söyləmək səhvi ilə başlayıb. Seçicilərin onun iqtisadi liderliyinə inamını bərpa etməyə çalışan hazırki dövlət başçısı bu rəqəmi əhəmiyyətli dərəcədə aşağı söyləməklə səhvə yol verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” yazır.

Agentlik qeyd edir ki, Tramp, isə öz növbəsndə Amerika iqtisadiyyatının pandemiyadan əvvəl də milli borcunu ödəməyə hazır olduğunu söyləyib. Lakin, bu doğru deyil. Büdcə kəsiri Trampın dövründə artıb. Çünki onun 2017-ci ildəki vergi endirimləri vəd etdiyi kimi özünü doğrultmayıb. Ağ Evin İdarəetmə və Büdcə Ofisinin məlumatına görə, Tramp 2019-cu ildə 984 milyard dollara yüksələn və pandemiyadan sonra 2020-ci ildə 3 trilyon dolları keçən 585 milyard dollarlıq büdcə kəsirini miras qoyub.

Və Trampın milyonlarla immiqrantın ölkəyə həbsxanalardan və psixi müəssisələrdən buraxılması ilə bağlı iddiası əsassızdır. Nəşr yazır ki, bu qeyd olunanların heç bir sübutu əsaslı yoxdur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*