HƏMAS ABŞ-la atəşkəs barədə razılığa gəldiyini təsdiqlədibackend

HƏMAS ABŞ-la atəşkəs barədə razılığa gəldiyini təsdiqlədi

Fələstin hərəkatı HƏMAS Qəzzada daimi atəşkəsin əldə olunması, İsrail ordusunun bölgədən çıxarılması və humanitar yardımın bərpasına imkan verəcək ümumi razılaşma çərçivəsi üzrə ABŞ rəsmisi Brett McGurk və vasitəçilərlə razılığa gəldiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, telegram kanalında yayımlanan bəyanatda bildirilir ki, əldə olunan razılaşma çərçivəsində HƏMAS 10 israilli girovun azad edilməsi və həlak olmuş bir neçə əsirin cəsədinin qarşı tərəfə təhvil verilməsi müqabilində razılaşdırılmış sayda fələstinli məhbusun azad olunmasına hazırdır.

Hərəkat əlavə olaraq vurğulayıb ki, razılaşma əldə olunduqdan dərhal sonra Qəzza zolağının idarəçiliyini üzərinə götürəcək xüsusi komitəyə hakimiyyəti təhvil verməyə də hazırdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*