HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edildibackend

HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edildi

2023-cü il oktyabrın 7-də HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadalarının İsrailə hücumundan sonra İsrailin Baş naziri Binyamin Netanyahu və hökuməti beynəlxalq ictimaiyyətin reaksiyasına baxmayaraq, mülki şəxslərlə bağlı sərt qərarlar verilir.

KONKRET.az xəbər verir ki, İngiltərədə İsrailin zorakılığını pisləyən etiraz aksiyalarında iştirak edən, “Həmasın hücumundan çox qürur duyuram” deyən 19 yaşlı fələstinli Dana Abuqamarın tələbə vizası ləğv edilib. Mançester Universitetində hüquq təhsili alan Abuqamarın vizasının İngiltərə Daxili İşlər Nazirliyi tərəfindən milli təhlükəsizliyə təhdid səbəbiylə ləğv edildiyi açıqlanıb.

Yayımlanan görüntülərdə Mançesteri “Fələstinin dostları” adlandıran təşkilatın prezidenti Abuqamar “Fələstin müqavimətinin bu nöqtəyə çatmasından qürur duyuram və həqiqətən xoşbəxtəm”, – deyib.

İngiltərə hökumətinin vizasını ləğv etməklə onun insan haqlarını pozduğunu ifadə edən Abuqamar vurğulayıb ki, “Mənə sürülən ittihamlar əsassızdır”. Abuqamar deyib ki, “Mənim sözlərim kontekstdən çıxarılıb və mülki şəxslərə zərər verməyi dəstəklədiyim kimi bir təsəvvür yaranıb. Bu, qətiyyən doğru deyil”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*