“Qəzzanı zolağını idarə edənləri məhv edəcəyik. Orada qalanlar İsrail dövlətinə zərər verməməyin daha yaxşı olduğunu anlayacaqlar”.
KONKRET.az-ın “Vesti Israel”ə istinadən məlumatına görə, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi danışıb.
O bildirib ki, HƏMAS-ı məhv etmək çox vaxt aparacaq.
“Düşmənə ölümcül zərbə vurmaq üçün bizə təmkin və soyuqqanlılıq, birlik və həmrəylik lazımdır. Biz hamımız bunun üçün çalışırıq. Biz HƏMAS-ı yerlə-yeksan edəcəyik və İsrailin cənubundakı sakinlərə dinc və əmin-amanlıq təmin edəcəyik”, – deyə Herzi Halevi əlavə edib.
Burhan,
KONKRET.az