HƏMAS-ın cavab planı mətbuata sızıb – Yəhudilər belə öldürüləcəkbackend

HƏMAS-ın cavab planı mətbuata sızıb - Yəhudilər belə öldürüləcək

İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra HƏMAS-ın cavab planı mətbuata sızıb.

KONKRET.az xəbər verir ki, kimliyinin gizli saxlanılmasını tələb edən Fələstin rəsmisi “Kanal 12″yə açıqlamasında bildirib ki, təşkilat xarici ölkələrdə israilliləri hədəf alacaq.

Mənbə iddia edir ki, onların Qəzza zolağından İsrailə birbaşa hücum etmək imkanları azaldığından qrup strategiyasını dəyişib.

Təşkilatın İsrail vətəndaşlarını, yoxsa məmurlarını hədəf alacağı bəlli deyil.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində öldürülüb.

Xəlil,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*