HƏMAS-ın hava qüvvələrinin rəhbəri məhv edildi – İsrailbackend

HƏMAS-ın hava qüvvələrinin rəhbəri məhv edildi - İsrail

İsrail qırıcıları HƏMAS hərəkatının Hava qüvvələrinin rəhbəri Asem Əbu Rakabanı vurub.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatında bildirilir.

“Gecə ərzində İDF və İSA kəşfiyyat məlumatlarına əsaslanaraq, HƏMAS-ın Hava qüvvələrinin rəhbəri Asem Əbu Rakabanı vurub”, – məlumatda deyilir.

Məlumata görə, Asem Əbu Rakaba oktyabrın 7-də Qəzza zolağının ətrafındakı icmalarda qətliamın planlaşdırılmasında iştirak edib.

O, İsrail ərazisinə sızan terrorçuları paraplanlarla idarə edib və İDF postlarına pilotsuz uçuş aparatlarının hücumlarına cavabdeh olub.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*