HƏMAS-ın hərbi dəniz obyektlərinə zərbələr endirildi – İsrail ordusubackend

HƏMAS-ın hərbi dəniz obyektlərinə zərbələr endirildi - İsrail ordusu

İsrail ordusu HƏMAS-ın İsrail sahillərində hücumlar təşkil etmək üçün istifadə etdiyi hərbi-dəniz qurğularına zərbələr endirib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“Son saatlarda terror aktları törətmək üçün HƏMAS tərəfindən istifadə edilən Xan Yunis və Qəzza limanları da daxil olmaqla, dəniz hədəfləri hücuma məruz qalıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib.

Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olmağı bacarıblar

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*