Həmas hücumundan sonra 900 israilli öldürülüb.
KONKRET.az İsrail mediasına istinadən xəbər verir ki, Həmas hələ də 100-dən çox insanı girov saxlayır.
İsrail ordusunun məlumatına görə, ordu HƏMAS terrorçularının sızdığı İsrail şəhərlərinə tam nəzarəti bərpa edib.
Ordu həmçinin bildirib ki, Qəzza zolağına aparan sərhəd hasarının təhlükəsizliyinə diqqət yetirir.
Məlumata görə, terrorçularla sonuncu toqquşma gecə saatlarında Səada yaxınlığında baş verib.
Bildirilir ki, Livandan sərhədə daxil olan ən azı iki terrorçu güllələnib.
Ariz Həsənoğlu,
KONKRET.az