Həmas insanları İsrailin evakuasiya əmrlərinə məhəl qoymamağa çağırdıbackend

Həmas insanları İsrailin evakuasiya əmrlərinə məhəl qoymamağa çağırdı

İsrailin Qəzza zolağından genişmiqyaslı təxliyə əmrindən sonra HƏMAS fələstinliləri evlərində qalmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə HƏMAS-ın qaçqınlarla iş üzrə agentliyi məlumat yayıb.

Agentlik ərazinin şimalındakı sakinləri öz evlərində möhkəm dayanmağa çağırıb.

Qeyd edək ki, İsrail Qəzzanın şimalının boşaldılmasını əmr edib. Fələstinlilər yalnız Qəzza zolağı daxilində cənuba gedə biləcəklər, çünki İsrail ərazini tamamilə təcrid edib.

BMT bildirir ki, 400 min fələstinli artıq evlərini tərk etmək məcburiyyətində qalıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*