HƏMAS Qəzzadakı liderinin sağ olduğunu İDDİA EDİRbackend

HƏMAS Qəzzadakı liderinin sağ olduğunu İDDİA EDİR 

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağındakı lideri Xəlil əl-Hayyanın sağ olduğunu iddia edir.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, radikalların “Telegram” kanalında müvafiq bəyanat dərc olunub.

“HƏMAS-ın Qəzzadakı rəhbəri Xəlil əl-Hayya gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində Dohada mərhum oğlu Humamın məzarını ziyarət edib”, – məlumatda deyilir.

Xatırladaq ki, bir müddət öncə HƏMAS-ın Dohadakı iqamətgahı İsrail tərəfindən hədəfə alınıb. Bəzi iddialara görə, zərbə nəticəsində Xəlil əl-Hayya və bir neçə HƏMAS rəsmisi öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*