“Həmin “Ferrari”nin sürücüsünün gəliri araşdırılmalıdır…”backend

“Həmin “Ferrari”nin sürücüsünün gəliri araşdırılmalıdır...”

“Aidiyyatı qurumlara sual verirəm, necə olur ki eyni nömrə həm “Ferrari”, həm “Gelandewagen”, həm də “BMW”nin üzərində olur. Qanunvericiliyə uyğun olaraq, bir nömrə bir avtomobil üzərində olmur?”

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı “TV Müsavat”ın efirində Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə “Təmiz hava aylığı” ilə əlaqədar keçirilən reyddə saxlanılan, bazar dəyəri 850 min manat olan avtomobil sahibi barədə danışarkən deyib.

T.Abbaslı bildirib ki, 10 SY 100 müxtəlif avtomobillərin üzərindədir: “Necə olur bu? Nə üçün mən edə bilmirəm? Halal qazanmısansa, nə istəyirsən et. Səhv etmirəmsə, “Ferrari” sürənin əmisi uzun illər Milli Məclisdə rəhbər vəzifələrdə çalışıb. 850 minlik maşına insanlar elə-belə baxmasın. Yağ dəyişməsi 15 min, şüşə silənin ədədi 3-4 mindir. 750 minlik maşının saxlanılmasının xərci dövlətin bir aylıq bağçasının saxlanılması xərcindən çoxdur.  Dövlət qurumlarına müraciət edirəm, maraqlanın, soruşun necə alıb… Bakıda bu qədər pul varsa, bizdə nə üçün yoxdur? Biz ayda qaza 100 manat ödəyirik deyə üsyan edirik. Bu pul varsa, bizə də gəlsin də”.

O, 10 SY 100 dövlət qeydiyyat nişanlı “Ferrari” markalı nəqliyyat vasitəsinin sürücüsünün ətraf mühitə atılan dəm qazının miqdarının normadan yüksək olduğu üçün 50 manat cərimələnməsinin də düzgün olmadığını dilə gətirib: “50 manat nədir? 850 minlik maşına 50 manat cərimə, taksi sürənə isə ikinci zolaqda saxladığına görə 100 manat cərimə yazılır. Cərimələr həmin şəxsin sosial vəziyyətinə uyğun hesablanmalıdır. İsveçrədə belədir. Aylıq gəlirə və ya avtomobil qiymətinin bir faizinə uyğun hesablana bilər”.

Qeyd: “Ferrari”nin sürücüsü olan Miryaqub Seyidov 3 il əvvəl adı 600 min manatlıq mənimsəmədə hallanan Mirhafiz Seyidovun oğludur. Araşdırmalar nəticəsində o da məlum olub ki, Seyidovlar ailəsinin geniş avtomobil kolleksiyası var. Onlar daha çox qeydiyyat nişanında “OO” olan nəqliyyat vasitələri idarə edirlər. Seyidovların isə ümumilikdə avtomobil qarajına “Ferrari”, “Lamborghini” və “Porsche” kimi lyuks maşınlar daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*